Suriya Prezidenti Trampla görüşüb | FOTOLAR

   Suriya Prezidenti Trampla görüşüb |    FOTOLAR
  25 Sentyabr 2025    Oxunub:453
Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində amerikalı həmkarı Donald Tramp ilə görüş keçirib.
Bu barədə Suriyanın dövlət xəbər agentliyi (SANA) məlumat yayıb. Bildirilib ki, görüşə ABŞ-nin Birinci xanımı Melanya Tramp da qoşulub. Mənbə tərəflər arasında aparılan mümkün danışıqların təfərrüatını açıqlamayıb.

Bu, iki prezident arasında baş tutmuş ikinci görüşdür. Onlar ilk dəfə cari ilin mayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində üz-üzə gəlmişdilər.

Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahu da bu gün Baş Assambleyada iştirak məqsədilə Nyu-Yorka yollanıb. Assambleya çərçivəsində onların: ABŞ, İsrail və Suriya liderlərinin üçtərəfli görüşü gözlənilir.


Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   ABŞ   prezident   görüş  



Xəbər lenti